Fortran - Setup

GFortran-ın Quraşdırılması

GFortran, GNU Compiler Collection (GCC)-nin bir hissəsi olan GNU Fortran kompilyatorudur. Onun quraşdırılma prosesi əməliyyat sisteminizdən asılı olaraq fərqlənir.


Windows Üçün Installer Seçimləri

Windows üzərində GFortran-ı quraşdırmağın installer-dən istifadə edəcyik

  • Equation.com: GCC 12.1 versiyası üçün 32-bit və 64-bit x86 faylları təqdim edir.
  • TDM GCC: GCC 10.3 versiyası üçün 32-bit və 64-bit faylları təmin edir.
  • MinGW-w64: GCC 12.2 versiyası üçün 64-bit x86 faylı təqdim edir.

Yuxarıdakı mənbələrdən birini seçib, installer-i yükləyin və quraşdırma prosesi üçün təlimatları izləyin.


macOS Üzərində Quraşdırma

Xcode İstifadə Edərək:

  1. Xcode Alətlərini Quraşdırın: Əgər Xcode quraşdırılıbsa, terminalı açın və aşağıdakı əmri daxil edin:
    xcode-select --install

Homebrew İstifadə Edərək:

  1. GCC-ni Quraşdırın: Homebrew istifadə edirsinizsə, GCC-ni (hansı ki GFortran-ı da daxil edir) bu əmr vasitəsilə quraşdırın:
    brew install gcc

Linux Üzərində Quraşdırma

Debian əsaslı Dağıtımlar (Debian, Ubuntu, Mint və s.)

  1. GFortran-ın Quraşdırılıb-quraşdırılmadığını Yoxlayın: Terminalı açaraq aşağıdakı əmri daxil edin:

    which gfortran

    Əgər heç bir nəticə qaytarılmırsa, GFortran quraşdırılmayıb.

  2. GFortran-ı Quraşdırın: GFortran kompilyatorunu quraşdırmaq üçün aşağıdakı əmrdən istifadə edin:

    sudo apt install gfortran

    Quraşdırılmış versiyanı yoxlamaq üçün:

    gfortran --version
  3. Xüsusi Versiyaları Quraşdırın: Məsələn, 8-ci versiyanı quraşdırmaq üçün:

    sudo apt install gfortran-8

    Əgər Ubuntu-nun köhnə versiyasında yeni versiyaları quraşdırmaq istəyirsinizsə, aşağıdakı əmrləri daxil edin:

    sudo add-apt-repository ppa:ubuntu-toolchain-r/test
    sudo apt update
    sudo apt install gfortran-10
  4. Versiyalar Arasında Keçid: update-alternatives əmri vasitəsilə quraşdırılmış versiyalar arasında keçid edə bilərsiniz. Bununla bağlı onlayn dərsliklər mövcuddur.

RPM əsaslı Dağıtımlar (Red Hat, Fedora, CentOS, openSUSE)

  1. GFortran-ı Quraşdırın: Red Hat və CentOS-da yum istifadə edin:
    sudo yum install gcc-gfortran
    Fedora və RHEL (8 və yuxarı) versiyalarında dnf istifadə edin:
    sudo dnf install gcc-gfortran

Arch əsaslı Dağıtımlar (Arch Linux, Manjaro, EndeavourOS)

  1. GFortran-ı Quraşdırın: Arch əsaslı sistemlərdə pacman istifadə edin:
    sudo pacman -S gcc-fortran